Təhsil 365 - Logo Mobile

Telegramda yeni fırıldaq üsulu – aldanma!

7923.07.2025 - 13:10
Telegramda yeni fırıldaq üsulu – aldanma!

"Telegram"ın həmtəsisçisi Pavel Durov mesencer istifadəçilərinə pullu hədiyyələr, nömrələr və istifadəçi adlarını oğurlayan fırıldaqçılar barədə xəbərdarlıq edib.

Tehsil365 xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

Durov qeyd edib ki, kanallar şəxsi və ya məxfi məlumatları açıqlamaqla hədələyərək pul tələb edən hallarla bağlı məlumatlar alır.

"Bəziləri hətta bunu biznes modelinə çeviriblər - kompromatların dərc edilməsi və silinməsi üçün pul alınması", - Durov əlavə edib.

O, belə hallarla qarşılaşan istifadəçiləri ona mesaj yazaraq məlumat verməyə çağırıb.

Şəbnəm Mirzəyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...