Təhsil 365 - Logo Mobile

Hindistanda ilk süni intellekt universiteti yaradılır – NVIDIA ilə əməkdaşlıq genişlənir

9328.07.2025 - 14:10
Hindistanda ilk süni intellekt universiteti yaradılır – NVIDIA ilə əməkdaşlıq genişlənir

Hindistanın Andhra Pradeş ştatı NVIDIA ilə birgə ölkədə ilk süni intellekt universitetinin yaradılacağını açıqlayıb. Layihə, ştat rəhbərliyi və texnologiya nəhəngi arasında imzalanan əməkdaşlıq memorandumuna əsaslanır. Bu çərçivədə yaxın iki ildə 10 min tələbəyə süni intellekt sahəsində təlim veriləcək.

"Tehsil365" University World News'in yaydığı məlumata əsasən xəbər verir ki, bu təşəbbüs Hindistanda sənaye-akademik tərəfdaşlıqların artan trendinə uyğundur. Məlumata görə, artıq 200-dən çox texniki ali məktəb şirkətlərlə birgə müasir tədris və bacarıq proqramları həyata keçirir. Infosys kimi texnologiya şirkətləri də universitetlərlə əməkdaşlıq edərək tələbələrə süni intellekt, maşın öyrənməsi və blokçeyn sahələrində təlimlər təqdim edir.

NVIDIA həmçinin yeni qurulan startaplara dəstək üçün “Inception” adlı proqramını Hindistanda genişləndirəcək. Müxtəlif ştatlarda da süni intellekt ekosisteminin gücləndirilməsi üçün addımlar atılır.

Ekspertlər bildirirlər ki, bu tip təşəbbüslər Hindistanın texnologiya sektorunu qlobal innovasiya mərkəzinə çevirmək məqsədi daşıyır. Xarici universitetlərin də Hindistan sənayesi ilə əməkdaşlığa marağı artır.

Aydan İsayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...