Təhsil 365 - Logo Mobile

Cammu və Kəşmirdə məktəblər rəqəmsallaşır: Minlərlə İKT laboratoriyası və smart sinif istifadəyə verildi

9428.07.2025 - 14:50
Cammu və Kəşmirdə məktəblər rəqəmsallaşır: Minlərlə İKT laboratoriyası və smart sinif istifadəyə verildi

Cammu və Kəşmir bölgəsində məktəblərin rəqəmsal təhsil infrastrukturu gücləndirilir. Hindistan hökumətinin “Samagra Shiksha Abhiyan” proqramı çərçivəsində bölgədə 4.011 İKT laboratoriyasından 3.036-sı və 4.361 smart sinifdən 1.352-si artıq fəaliyyətə başlayıb.

"Tehsil365" Rising Kashmir-ə istinadən bildirir ki, bu təşəbbüs, xüsusilə ucqar kənd məktəblərində texnologiyanın tətbiqini genişləndirmək, rəqəmsal bərabərliyi təmin etmək və təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyır. Layihənin maliyyələşdirilməsi mərkəzi və yerli hakimiyyət arasında 90:10 nisbətində bölüşdürülür.

Hökumət məktəbləri texniki avadanlıqlar, müəllim təlimləri və resurslarla dəstəkləyir. Eyni zamanda, proqram çərçivəsində məktəbdənkənar uşaqlar, inklüziv təhsil, kitabxanalar və laboratoriyalar da əhatə olunur.

Rəqəmsal uçurumun qapanması ilə bölgədə gələcəyə uyğun və inklüziv təhsil sistemi qurulması hədəflənir.

Aydan İsayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...