Təhsil 365 - Logo Mobile

ChatGPT artıq tələbələri addım-addım öyrədir: OpenAI-dən yeni funksiya

13730.07.2025 - 14:55
ChatGPT artıq tələbələri addım-addım öyrədir: OpenAI-dən yeni funksiya

Süni intellekt vasitələrinin universitetlərdə sui-istifadə halları artdıqca, OpenAI şirkəti ChatGPT üçün yeni bir “öyrənmə rejimi” istifadəyə verib. Bu funksiya tələbələrə tam cavablar təqdim etmək əvəzinə, mövzuları addım-addım izah edərək onların anlayışını gücləndirməyə yönəlib.

"Tehsil365" The Guardian-a istinadən xəbər verir ki, yeni rejim ChatGPT-nin “alətlər” bölməsində yerləşir və istifadəçini mürəkkəb akademik mövzularda, sanki dərs keçir kimi istiqamətləndirir. Məsələn, Bayes teoremini öyrənmək istəyən istifadəçiyə chatbot əvvəlcə onun bilik səviyyəsini və məqsədini soruşaraq fərdi yanaşma tətbiq edir.

OpenAI-nin məlumatına görə, ABŞ-da universitet yaşında olan gənclərin üçdə birindən çoxu ChatGPT istifadə edir və göndərilən mesajların təxminən dörddə biri dərslərlə bağlı olur. 2023–2024-cü illərdə Böyük Britaniyada süni intellektlə əlaqəli 7 minə yaxın akademik plagiat halı qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə ciddi artımdır.

OpenAI-nin beynəlxalq təhsil rəhbəri Ceyna Devani qeyd edib ki, bu addım ChatGPT-nin məsuliyyətli istifadəsini təşviq etmək məqsədi daşıyır: “Biz bu vasitələrin təhsildə sağlam şəkildə istifadə edilməsini istəyirik və bu rejim də o istiqamətdə bir addımdır.”

“öyrənmə rejimi” tələbələrə dərhal cavab vermək yerinə onları özləri həll tapmağa təşviq edir, həmçinin vizual materiallarla da işləyə bilir – məsələn, əvvəlki imtahan suallarını analiz edərək yardımçı olur.

Bununla belə, OpenAI xəbərdarlıq edir ki, sistem hələ də təkmilləşmə mərhələsindədir və zaman-zaman cavablarda uyğunsuzluq və ya səhvlər ola bilər.

Aydan İsayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...