Təhsil 365 - Logo Mobile

Süni İntellektdə ədalət: İdeallardan Praktik Addımlara

13530.07.2025 - 15:10
Süni İntellektdə ədalət: İdeallardan Praktik Addımlara

Cənubi Koreyanın Jeju adasında keçirilən 2025 Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Universitet Liderləri Forumu, universitet rəhbərləri və siyasətçiləri bir araya gətirərək, süni intellekti gələcəyi sürətləndirməsi və ədalətli istifadəsi mövzusunda müzakirələr aparılıb. Forumda əsas fikir, süni intellektin insanlığa xidmət etməsi üçün əvvəlcə hansı zəkaya dəyər verilməli olduğuna qərar verilməsi idi.

"Tehsil365" University World News'in yaydığı məlumata istinadən xəbər verir ki, müzakirələr zamanı ədalət mövzusu vurğulanıb :süni intellekt vasitələrinə bərabər çıxış, məlumatlarda ədalətli təmsilçilik və az resurslu bölgələr üçün imkanların yaradılması vacib sayıldı. Universitet qəbulundan tutmuş işə götürməyə qədər "ləyaqət" anlayışının əslində sosial ayrı-seçkiliklərə bağlı olduğu qeyd edildi və bu sistemin yenidən qurulmasının vacibliyi vurğulanıb.

Ədalətin əsas dayağı olan təhsilin hazırkı vəziyyətində isə sosioekonomik, irqi və coğrafi fərqliliklər ciddi maneələr yaratdığı bildirildi. Süni intellekt modellərindəki qərəzlərin aradan qaldırılması üçün struktur problemlərlə mübarizənin, sadəcə texniki tədbirlərlə bitmədiyi qeyd olunub.

Forumda irəli sürülən həll yollarından biri "Campus APEC" adlı regional təhsil və innovasiya platformasıdır. Bu təşəbbüs vasitəsilə üzv universitetlər pulsuz, açıq və çoxdilli süni zəka dərsləri təqdim etməyi, tələbələr üçün müxtəlif mədəniyyət və sahələrdə təcrübə proqramları təşkil etməyi, həmçinin süni intellekt sahəsində etik, inklüziv və ədalətli yanaşmalar üzrə birgə tədqiqatları dəstəkləməyi hədəfləyir.

Campus APEC həmçinin hökumət və özəl sektor dəstəyi ilə algoritmik qərəzlərin aradan qaldırılması, ədalətli süni intellekt tətbiqləri və mədəni fərqlilikləri nəzərə alan məlumat idarəçiliyi sahəsində araşdırmaları maliyyələşdirəcək. Bundan başqa, müntəzəm dialoqlar, hackathonlar və innovasiya forumları vasitəsilə fikir mübadiləsi və əməkdaşlıq gücləndiriləcək.

Beləliklə, forum süni intellekt insan dəyərlərinə sadiq qalaraq inkişaf etdirilməsi üçün ideallardan konkret addımlara keçidin zəruriliyini vurğulayır. Süni zəka insanlıq üçün yaradılıbsa, onun faydalı olması üçün sosial ədalət və bərabərlik prinsipləri ilə işləməlidir.

Aydan İsayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...