Təhsil 365 - Logo Mobile

Süni intellekt təhsildə inqilaba səbəb olur: köhnəlmiş sistemlər ifşa olunur

13631.07.2025 - 14:05
Süni intellekt təhsildə inqilaba səbəb olur: köhnəlmiş sistemlər ifşa olunur

Süni intellektin sürətli inkişafı təhsil sistemində dərin dəyişikliklərə səbəb olmaqla yanaşı, onun nə qədər köhnəlmiş olduğunu da üzə çıxarır. Bu fikirlər ABŞ-ın George Mason Universitetinin professoru və iqtisadçısı Tayler Kouwenə məxsusdur.

"Tehsil365" podkastçı Azeem Azhar ilə söhbətində Kouwen-in fikirlərinə əsasən bildirir ki, ChatGPT kimi AI vasitələrinin yayılması fonunda məktəblər və universitetlər artıq tələbələrin istənilən informasiyaya asan çıxışı olan bir dünyaya uyğun deyil. Onun sözlərinə görə, ənənəvi ev tapşırıqları və testlərlə qiymətləndirmə üsulları artıq keçmişdə qalıb.

"Əsas problem tələbələrin fırıldaq etməsi deyil, institutların dəyişmək istəməməsidir," – deyə Kouwen qeyd edib. O bildirib ki, müəllimlərin çoxu AI vasitələrinin istifadəsinə qarşı mübarizəyə fokuslanır, lakin əslində nəyin və necə öyrədilməli olduğunu yenidən düşünmək daha vacibdir.

Onun fikrincə, təhsilin istiqaməti dəyişməli, əzbərçilik və standart testlər yerini tənqidi düşüncə və adaptasiya bacarıqlarını önə çıxaran mentorluq əsaslı öyrənmə modelinə verməlidir.

Kouwen-in bu çağırışı OpenAI və Google kimi texnologiya nəhənglərinin təhsil sahəsində üstünlük uğrunda mübarizə apardığı dövrə təsadüf edir. OpenAI bu yaxınlarda ChatGPT üçün “İş rejimi” funksiyasını istifadəyə verib. Bu rejim chatbot-u cavabverici vasitədən şəxsi müəllimə çevirərək tələbələri düşünməyə təşviq edir.

Google isə "Gemini for Education" adlı yeni AI alətlər paketini istifadəyə təqdim edib. Paket dərs planları, AI ilə yaradılmış testlər və interaktiv videolarla təchiz olunub.

Bütün bu yeniliklər fonunda müəllimlər də yeni dövrə uyğunlaşmağa çalışır: bəziləri dərs planlarını fərdiləşdirmək üçün AI-dən istifadə edir, digərləri isə qiymətləndirmə sistemlərini yenidən quraraq daha mənalı öyrənmə mühiti yaratmağa çalışır.

Aydan İsayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...