Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Mediatur və bloggerlərlə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüş çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri bloggerlərin suallarını cavablandırıb, peşə təhsilindəki son inkişaflar, yeni ixtisas istiqamətləri, tədris imkanları və beynəlxalq sertifikat proqramları barədə ətraflı məlumat veriblər.
Tədbirdə bu il ilk dəfə olaraq peşə təhsili alan tələbələrə dövlət nümunəli diplomla yanaşı, beynəlxalq sertifikat əldə etmək imkanı ilə bağlı da məlumat verilib.
Sən də bu fürsəti qaçırma gələcəyinə ikiqat üstünlüklə başla!
Beynəlxalq sertifikatlı ixtisaslarla bağlı ətraflı məlumat: https://vet.edu.gov.
Son müraciət tarixi: 11 avqust, 18:00
Qeydiyyat linki: https://portal.edu.az/
Qəbul planı: https://shorturl.at/DNus2