Baytar köməkçisi ixtisası üzrə ödənişsiz qısamüddətli təlimə qeydiyyat başladı!
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Tehsil 365”ə bildirilib ki ,təlim müddəti 3 aydır.
Qeydiyyat linki: https://www.portal.edu.az
Məkan: Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Kürdəmir Peşə Liseyi
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim ediləcək.
Yalnız məcburi köçkünlər müraciət edə bilərlər.
Qeyd edək ki, təlim "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilir.