Qeydiyyat prosesi 14–22 avqust tarixlərində aparılacaq.
"Tehsil365" xəbər verir ki, Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Eyni zamanda, nəticələr haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
Qəbul olan abituriyentlər 2025-ci il 14 avqust saat 11:00-dan 22 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetə daxil olaraq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək tələb olunur.
Qeydiyyat prosesi və tələb olunan sənədlərlə bağlı sualları olan şəxslər Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər.
Qeydiyyat üçün müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər ixtisas seçimindən imtina etmiş hesab olunacaq və onların qəbul əmri müvafiq orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.