Təhsil 365 - Logo Mobile

Kamran Əsədov: “DİM-in gecikmiş məlumatı on minlərlə plan yerinin boş qalmasına səbəb ola bilər”

10108.08.2025 - 18:14
Kamran Əsədov: “DİM-in gecikmiş məlumatı on minlərlə plan yerinin boş qalmasına səbəb ola bilər”

Bu il 9-illik baza üzrə kolleclərə maraq yüksək olsa da, plan yerlərinin tam dolmaması müşahidə edilib. Təhsil eksperti Kamran Əsədov bildirib ki, 26 mindən çox şagird qeydiyyatdan keçsə də, ixtisas seçimi edənlərin sayı cəmi 11 246 nəfər olub, halbuki plan yerləri 8 min civarında idi.

Ekspertin sözlərinə görə, “bal artımı olacaq” gözləntisi özünü doğrultmayıb. Səbəblər sırasında “Abituriyent” jurnalının gec nəşri, seçim üçün az vaxt ayrılması, statistik məlumatların vaxtında təqdim edilməməsi, ucqar bölgələrdə jurnalın gec çatdırılması və internetin zəifliyi səbəbindən elektron variantdan yararlana bilməmək göstərilir.

Kamran Əsədov eyni səhvin magistratura qəbulunda da edildiyini xatırladaraq, ali məktəblərə ixtisas seçiminin avqustun 11-də başlayacağını və cəmi 9 gün davam edəcəyini bildirib. Onun fikrincə, belə qısa müddət və gecikmiş informasiya universitetlərdə çoxlu plan yerlərinin boş qalmasına səbəb olacaq:

“Bu, texniki səhv deyil, idarəetmə problemidir.”

Şəbnəm Mirzəyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...