Təhsil 365 - Logo Mobile

TKTA “Dərzi” və “Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə praktiki imtahan keçirib

9408.08.2025 - 18:17
TKTA “Dərzi” və “Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə praktiki imtahan keçirib

TKTA “Dərzi” və “Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə praktiki imtahan keçirib, uğurlu namizədlər peşə fəaliyyətinə başlamaq hüququ verən sənədlə təltif olunacaq.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə praktiki imtahan təşkil edib. Qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə nəzəri imtahanda uğur qazanan namizədlər Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən praktiki mərhələyə dəvət olunublar.

Qiymətləndirmə Komissiyasına TKTA nümayəndəsi sədrlik edib. Komissiyanın tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin müdiri Namiq Məmmədov, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev və sahə üzrə müstəqil ekspertlər iştirak ediblər.

Praktiki imtahanı müvəffəqiyyətlə başa vuran iştirakçılar müvafiq sənədlə təltif olunacaqlar. Bu sənədlər Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və sahibinə həm növbəti səviyyədə təhsil almaq, həm də əmək fəaliyyətinə başlamaq hüququ verir.

Şəbnəm Mirzəyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...