Təhsil 365 - Logo Mobile

“Liderlik və idarəetmənin əsasları”mövzusunda təlim təşkil olunub

9109.08.2025 - 12:30
“Liderlik və idarəetmənin əsasları”mövzusunda təlim təşkil olunub

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.

“Tehsil365” xəbər verir ki, təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları haqqında məlumatlar verilib. Bundan əlavə, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə müzakirələr edilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb

Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...