Təhsil 365 - Logo Mobile

“Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”

12612.08.2025 - 08:21
“Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində, Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanan üçtərəfli bəyanat Cənubi Qafqaz regionunun geosiyasi və geostrateji vəziyyətini əsaslı şəkildə dəyişdirdi.

1988-ci ildən başlayan “erməni miatsum”-u Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müharibə fazasına keçərək, təxminən 35 il ərzində Azərbaycan və Ermənistan arasında davam edən münaqişəyə çevrilmişdi. İki böyük müharibədən sonra ilk dəfədir ki, tərəflər sülhə bu qədər yaxınlaşır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev "Tehsil365"ə qeyd edir ki;

“İkinci Qarabağ müharibəsi olmasaydı, bugün sülhdən danışa bilməzdik. Ali Baş Komandan İlham Əliyev, Azərbaycan ordusu və xalqı 44 gün ərzində bir yumruğa çevrilərək torpaqları işğaldan azad etdi.”

44 günlük müharibə dövründə həm daxili, həm də beynəlxalq təzyiqlərə, dezinformasiya kampaniyalarına baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində maneələr aradan qaldırıldı.

Sülh Sazişinin Paraflanması və Əhəmiyyəti haqda;

ABŞ vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətni ictimaiyyətə təqdim edildi. Bu, sülh müqaviləsinin əsas müddəalarının tam qəbul edildiyini göstərir.

Üzeyir Mustafayev bildirir ki,

“Birinci maddəyə əsasən, tərəflər sülh müqaviləsinin yekun mətnini tam qəbul edir və bundan sonra yalnız imzalanma tarixi və məkanı ilə bağlı məqamlar qalır.”
“Paraflanmadan sonra mətnə heç bir dəyişiklik edilə bilməz, bu da Azərbaycanın diplomatik qalibiyyətidir.”

Sazişin Əsas Maddələri və Qarşılıqlı Etimadın Formalaşması haqda siyasətçi qetd edir ki;

Azərbaycan və Ermənistan bir-birinə qarşı ərazi iddialarından imtina edir:

“II maddədə açıq şəkildə bildirilib ki, indi və gələcəkdə hər hansı ərazi iddiaları olmayacaq.”

Sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, terrorizm və separatizmə qarşı birgə mübarizə kimi vacib məsələlər Sazişdə yer alır.

Qarşılıqlı etimadın gücləndirilməsi həlli üçün:

“VII maddəyə əsasən tərəflər sərhədlərdə üçüncü tərəflərin hərbi qüvvələrinin yerləşdirilməsinə imkan verməyəcək.”
Bu, uzunmüddətli gərginliyə səbəb olan “binokl diplomatiyası”nın sonu deməkdir.

Beynəlxalq və daxili hüququn üstünlüyü haqda siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev qeyd edir ki;

“XI maddəyə əsasən, tərəflər digər beynəlxalq razılaşmaların sülh müqaviləsinin öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.”
“XII maddə isə bildirir ki, daxili qanunvericilik sülh müqaviləsinə üstünlük verməlidir və müqavilənin icrasından imtina üçün əsas ola bilməz.”

İkitərəfli komissiyanın yaradılması və mübahisələrin sülh yolu ilə həlli:

“XIII və XIV maddələrdə Sazişin icrasına nəzarət və mübahisələrin həlli mexanizmləri göstərilir.”

Sazişin qüvvəyə minməsi üçün daxili prosedurların tamamlanması vacibdir:

“XVI maddəyə əsasən, Saziş tərəflərin milli qanunvericiliklərinə uyğun prosedurların tamamlanmasından sonra qüvvəyə minəcək və BMT-də qeydiyyata alınacaq.”

Prezident İlham Əliyev açıqlamasında bildirib ki,
“Ermənistanın Konstitusiyasında olan ərazi iddialarının aradan qaldırılması üçün dəyişikliklər edilməlidir ki, sülh sazişi imzalansın.”

Sonda, Üzeyir Mustafayev vurğulayır ki,

“Bu Saziş Azərbaycan Respublikasının diplomatik uğurudur və dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını qoyur.”
“Prezident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyəti sayəsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırıldı və Ermənistan sülh müqaviləsi imzalamaqla konstitusiyasını dəyişməyi öhdəsinə götürdü.”

Bu sülh sazişi həm Azərbaycan, həm də Cənubi Qafqaz regionu üçün uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına əsas yaradır.

Rəşanə İsamqızı

Haber akışı

Azərbaycanlı gənclər Oksford Universitetində təhsil alacaqlar18.08.2025 - 19:00
İctimai nəqliyyat oxumaq üçün fürsətdir18.08.2025 - 19:00
Texnologiyanın düzgün istifadəsi vacibdir18.08.2025 - 18:50
Sosial fəaliyyətlər akademik uğura təsir edir18.08.2025 - 18:44
“Elsevier” şirkəti ilə elmmetrik həllərin tətbiqi istiqamətində görüş keçirilib18.08.2025 - 18:40
Xarici dil bilmək iş imkanlarını artırır18.08.2025 - 18:38
Dövlət Komitəsindən valideynlərə xəbərdarlıq: "Uşaqlar sosial şəbəkələrdə qorunmur" 18.08.2025 - 18:34
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsasları araşdırılır18.08.2025 - 18:30
Səhər idmanı gün boyu enerjili edir18.08.2025 - 18:25
Ölkəmizdə ilk dəfə rezidentlər donuz modelində Laparoskopik Uroloji və Ginekoloji kurs təşkil edilib18.08.2025 - 18:20
Debatlar tələbələrdə analitik düşüncə yaradır18.08.2025 - 18:17
Türkiyənin Azərbaycandakı səfiri ADAU-da olub18.08.2025 - 18:10
Rəqəmsal savadlılıq vacib bacarıqdır18.08.2025 - 18:10
BMU məzunu təhsilini Böyük Britaniyanın universitetində davam etdirmək hüququ qazanıb18.08.2025 - 18:00
Təcrübə proqramları iş dünyasına açılan qapıdır18.08.2025 - 18:00
Oğuzda Gülxani Pənah ilə oxucuların görüşü keçirilib18.08.2025 - 17:59
Xarici dil öyrənmək beynin elastikliyini artırır18.08.2025 - 17:52
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanı keçirilib18.08.2025 - 17:50
Koreyalı müəllim BMU tələbələrinin biliklərini yüksək qiymətləndirib18.08.2025 - 17:50
Könüllülük təcrübəsi gələcək karyerada dəyərli rol oynayır18.08.2025 - 17:45
ADNSU Məzunu “EuPA 2025” Konfransında tədqiqat materialını təqdim edib18.08.2025 - 17:40
Yuxusuzluq dərs nəticələrini zəiflədir18.08.2025 - 17:37
Gəncədə qurumuş ağacların elektron nişanlanması: şəhər ekologiyasının rəqəmsallaşdırılması18.08.2025 - 17:35
İdmanın yaddaş gücünə təsiri sübut olunub18.08.2025 - 17:30
ADNSU tələbələri “Kiber Yay Məktəbi 2025” Beynəlxalq Yay Düşərgəsində iştirak ediblər18.08.2025 - 17:30
Onlayn kitabxanalar gənclərin əlini rahatlaşdırır18.08.2025 - 17:20
BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib18.08.2025 - 17:20
Zaman idarəsi uğurlu tələbələrin əsas sirridir18.08.2025 - 17:12
Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır18.08.2025 - 17:10
Müəllimlərin yaradıcılıq bacarıqları dərslərə rəng qatır18.08.2025 - 17:05
Qəhvənin tələbələrə təsiri18.08.2025 - 17:00
Şagirdlərdə internet asılılığı18.08.2025 - 16:50
Tələbələrdə depressiyanın gizli səbəbləri18.08.2025 - 16:45
Gənclərin karyera inkişaf platformasında satış və marketinq təlimlərinin əhəmiyyəti18.08.2025 - 16:42
Suyun az içilməsi diqqət dağınıqlığı yaradır18.08.2025 - 16:39
Gənclərimiz beynəlxalq motokross yarışında uğur qazanıb18.08.2025 - 16:35
Qəbələ Dövlət Peşə təhsil mərkəzinə 702 tələbə qəbul olunub18.08.2025 - 16:35
Avropada təhsil imkanı: Latviya dövlət təqaüdü və onun üstünlükləri18.08.2025 - 16:32
Kitab oxumaq stressi azaldır18.08.2025 - 16:30
Sosial şəbəkələrin yuxuya təsiri18.08.2025 - 16:24
Latviya Universitetinin epidemiologiya və tibbi statistika ixtisası18.08.2025 - 16:22
Müasir məktəblərdə fərdi yanaşmanın rolu18.08.2025 - 16:20
İdman edən tələbələr daha az stres yaşayır18.08.2025 - 16:15
Erkən yatmaq akademik uğuru artırır18.08.2025 - 16:09
Gənclərdə yaddaşı gücləndirən qidalar18.08.2025 - 16:00
Almaniyada məktəblərdə inklüziv və gələcəyə yönəlik proqramlar artırılır18.08.2025 - 15:57
Yunanıstanda doğumların azalması və məktəb şagirdlərinin azalması böhran yaradır18.08.2025 - 15:42
Aktiv öyrənmə metodlarının təhsildə tətbiqi18.08.2025 - 15:40