Təhsil 365 - Logo Mobile

Dövlət Sərhəd Xidmətinin Akademiyasına əlavə sənəd qəbulu elan edilir

8912.08.2025 - 12:36
Dövlət Sərhəd Xidmətinin Akademiyasına əlavə sənəd qəbulu elan edilir

Dövlət Sərhəd Xidmətinin Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.

“Tehsil365” xəbər verir ki, hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının hər hansı birində iştirak edərək 170 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Abituriyentlər 13 – 14 avqust 2025-ci il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.

Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...