Təhsil 365 - Logo Mobile

"Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil edilib

9012.08.2025 - 12:43
"Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil edilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 21-23 iyul və 11 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil olunub.

“Tehsil365” xəbər verir ki, təlim zamanı iştirakçılar təlim funksiyasının strateji rolu, peşəkar təlimçinin şəxsi keyfiyyətləri, təlimçinin profili, təlim metodları və növləri, təlimə hazırlıq prosesi, təqdimat bacarıqları, auditoriya ilə işin əsas xüsusiyyətləri, qrupların yaradılması və qrup oyunları, təqdimat zamanı bədən dili, ilk təəsüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb


Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...