Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin ən çox şikayət etdiyi mövzulardan biri də əlavə dərsliklərin, test və ya qayda kitablarının baha olmasıdır. Bu hall ilə rastlaşan şagirdlər dərs vəsaitlərini elektron şəkildə əldə etməyə məcbur olurlar. Sözsüz ki, dərslərin elektron cihazlardan öyrənilməsi onların diqqətlərini əsas istiqamətdən yayındıra bilər.
Bu barədə Elmi” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev “Tehsil365”ə bildirib ki;
“Dərs vəsaitləri və test kitabçalarının hələ də əsasən kağız üzərində hazırlanması, həm məhsulun qiymət artımı, həm də bazar tələblərinə görə satış qiymətlərinin yüksəlməsinə səbəb olur.”"
Ekspertin sözlərinə görə, həm Elm və Təhsil Nazirliyi, həm də özəl qurumlar tədricən elektronlaşmanı nəzərə alaraq bütün dərs və test materiallarını PDF və digər elektron daşıyıcı formatlarda paralel şəkildə təqdim etməlidirlər:
“Məsələn, bir orta məktəb şagirdi dərsə gündəlik olaraq 7 kitab və 7 dəftər daşıyır. Bu, həm fiziki yük, həm də maddi xərclər baxımından çətindir. Halbuki bütün vəsaitləri bir planşet üzərindən elektron formada təqdim etsək, həm daşınma asanlaşar, həm də test və dərs materiallarının daha ucuz, hətta pulsuz əldə olunması mümkün olar.”
Elmi” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev;
“Kitabların hazırlanmasında istifadə olunan materialların qiymətinin qalxması təbii olaraq satış qiymətlərinə də təsir göstərir.”
“Əgər paralel şəkildə elektron versiyalar tətbiq olunarsa, bu, bazarda qiymətlərin əhəmiyyətli dərəcədə enməsinə səbəb ola bilər.”- Səbuhi Abdullayev bildirib.