Təhsil 365 - Logo Mobile

"Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru" ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başlayıb

5713.08.2025 - 10:31
"Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru" ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başlayıb

"Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/CAE)" ixtisası üzrə ödənişsiz qısamüddətli təlimə qeydiyyat başlayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyində “Tehsil365”ə bildirilib ki, təlim müddəti 1 aydır.

Qeydiyyat linki: https://www.portal.edu.az/

Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, təlim "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində keçirilir.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...