Təhsil 365 - Logo Mobile

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun mərhələləri

7714.08.2025 - 06:06
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun mərhələləri

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun mərhələləri açıqlanıb.

“Tehsil365” Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, tələbə qəbulu 5 mərhələdən ibarətdir:

1.Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu

2. Müraciətin göndərilməsi

3.Sənədlərin yoxlanılması

4.Müsabiqə nəticələrinin elanı

5. Sənədlərin peşə təhsili müəssisələrinə təqdim edilməsi

Qeyd edək ki, 11 avqust tarixində yekun vurulan tələbə qəbulunun I mərhələsinin nəticələri 16 avqust tarixində müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, "şəxsi kabinet" bölməsində də yer alacaq.

Nəticələr elan olunduqdan sonrakı 10 gün müddətində müsabiqədən keçən şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı həyata keçiriləcəkdir.

Birinci mərhələnin yekununda boş qalmış plan yerlərinə tələbə qəbulunun ikinci mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...