Təhsil 365 - Logo Mobile

Bezos-un dəstəklədiyi Perplexity AI Google Chrome üçün gözlənilməz təklif irəli sürdü

9414.08.2025 - 08:50
Bezos-un dəstəklədiyi Perplexity AI Google Chrome üçün gözlənilməz təklif irəli sürdü

ABŞ mərkəzli süni intellekt startapı Perplexity AI dünyanın ən populyar veb-brauzeri olan Google Chrome-un alınması üçün 34,5 milyard dollarlıq təklif verib.

“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, cəmi üç ildir fəaliyyət göstərən şirkətə Amazon-un qurucusu Ceff Bezos və çip istehsalçısı Nvidia kimi nəhənglər sərmayə qoyub.

Lakin bəzi texnologiya investorları bu təklifi “reklam məqsədli addım” adlandıraraq, məbləğin Chrome-un real dəyərindən çox aşağı olduğunu bildiriblər. Hazırda Google-un Chrome-u satışa çıxarıb-çıxarmadığı da məlum deyil.

Mütəxəssislər isə Chrome-un dəyərinin təklif edilən məbləğdən 10 dəfə çox ola biləcəyini qeyd edirlər.


Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...