Təhsil 365 - Logo Mobile

"ChatGPT" gənclərə pis məsləhətlər də verir

10214.08.2025 - 09:32
"ChatGPT" gənclərə pis məsləhətlər də verir

Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin yeni araşdırmasına görə, "ChatGPT" 13 yaşlı uşaqlara bir sıra təhlükəli və zərərli məsləhətlər təklif edir.

“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, özlərini 13 yaşlı uşaqlar kimi təqdim edən tədqiqatçılar süni intellekt söhbət robotundan təəccüblü dərəcədə təhlükəli və zərərli məsləhətlər ala biliblər.

Araşdırmaya görə, "ChatGPT" əvvəlcə zərərli sorğunu rədd etsə də, tədqiqatçılar "təqdimat üçündür" və ya "bir dost üçündür" kimi sadə bəhanələrlə rədd cavabını asanlıqla keçə biliblər.

Testlər zamanı "ChatGPT" 13 yaşlı uşaq üçün yemək pozğunluqlarını təşviq edən pəhriz planları hazırlayıb.

"OpenAI", bu cür həssas vəziyyətləri daha yaxşı aşkar etmək üçün işləməyə davam etdiyini bildirib.

Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...