Təhsil 365 - Logo Mobile

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbulu başlayır

6915.08.2025 - 09:34
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbulu başlayır

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbuluna başlanılır.

Tehsil365” xəbər verir ki, müsabiqədə iştirak üçün namizədliyi təsdiqlənən 31 nəfərə [email protected] elektron poçt ünvanı üzərindən bu barədə məlumat göndərilib.

Müsabiqənin texniki tələblərinə cavab verən işlərin qəbulu 10 noyabr 2025-ci il tarixinədək həyata keçiriləcək.

Foto və video məzmun olmaqla 2 kateqoriyada keçirilən müsabiqədə iştirak üçün namizədliyi təsdiqlənənlərdən 10 nəfəri hər iki kateqoriya, 13 nəfəri foto, 8 nəfəri isə video kateqoriyası üzrə müraciət edib.

Namizədlərin seçimlərində “Yaradıcı təhsil mühiti”, “Bu günün şagirdi, sabahın qurucusu”, “Azərbaycan müəllimi” mövzularına daha çox üstünlük verilib.

Fatimə Heydərova

Haber akışı

Şu anda haber akışın da haber yok...