Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb.
Peșə Təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub. Ümumilikdə 23 802 nəfər müsabiqədən uğurla keçib.
Müsabiqədən keçən namizədlər 16–25 avqust tarixlərində qəbul olduqları peşə təhsili müəssisəsinə sənədlərini təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, müsabiqədən keçən şəxsin müəyyən edilmiş tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.