Təhsil 365 - Logo Mobile

Aqronom texnik ixtisası üzrə ödənişsiz təlimə qeydiyyat başlayıb

9415.08.2025 - 17:00
Aqronom texnik ixtisası üzrə ödənişsiz təlimə qeydiyyat başlayıb

“Aqronom texnik” ixtisası üzrə 3,5 aylıq ödənişsiz qısamüddətli təlimlərə qeydiyyat elan olunub. Təlim yalnız məcburi köçkünlər üçün nəzərdə tutulub və Bərdə Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Peșə Təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, proqramı uğurla bitirən iştirakçılar dövlət nümunəli sertifikat əldə edəcəklər. Təlim “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Qeydiyyat linki: https://www.portal.edu.az/

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...