Təhsil 365 - Logo Mobile

Tibb Universitetində təhsil haqqı artırılıb

7516.08.2025 - 07:47
Tibb Universitetində təhsil haqqı artırılıb

Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Tehsil365” xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən sorğuya cavab olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb:

"Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb".

Fatimə Heydərova

Haber akışı

Şu anda haber akışın da haber yok...