Təhsil 365 - Logo Mobile

Yay mövsümündə qızmar hava mobil telefonunuza zərər vura bilər

9216.08.2025 - 08:33
Yay mövsümündə qızmar hava mobil telefonunuza zərər vura bilər

Yayda, xüsusən tətilə yollanarkən mobil telefon və digər elektron cihazlarımızı özümüzlə gəzdiririk. Lakin telefonların, planşetlərin və digər elektronikanın həddindən artıq istilərə qarşı həssas olduğunu unutmaq lazım deyil.

“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, elektron cihazların əksəriyyəti müəyyən temperaturda yaxşı işləyir.

Belə ki, "Apple" şirkəti "iPhone" və "iPad"lər 0-35 dərəcə arasında olan temperaturda istifadəyə yaralıdır. Lakin cihaz qeyd olunanda rəqəmdən yuxarı temperaturda davranışını dəyişə bilər.

"Çox isti şəraitdə "iOS" və ya "iPadOS" cihazınızdan istifadə batareyanın ömrünü azalda bilər", - deyə "Apple" xəbərdarlıq edir.

"Samsung" isə istinin batareyanın ömrünə təsir etdiyinə dair iddianı təsdiq etməyib. Cihazınız həddindən artıq qızarsa və telefonunuzu əldə saxlamaq artıq narahatlığa səbəb olarsa, "Samsung" ondan istifadə etməyi dayandırmağı tövsiyə edir.

Cihazınızı istilərdən qorumaq üçün bir neçə tövsiyə də edilib. İlk növbədə, mobil telefonu isti yay günlərində avtomobildə və ya uzun müddət birbaşa günəş işığı altında saxlamaq olmaz. Əgər telefon qızıbsa, onu söndürmək və soyumasına şərait yaratmaq lazımdır. Lakin telefonu tez soyumaq məqsədilə soyuducuya qoymaq da qəti qadağandır.

Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...