Meta-nın Instagram-da istifadəyə verdiyi yeni “Map” (Xəritə) funksiyası istifadəçilərdən istənilən dəstəyi almadı. Funksiya real vaxtda yer paylaşımı imkanı yaratsa da, məxfilik narahatlıqları səbəbindən çoxları bundan imtina edib.
“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, “Xəritə” standart olaraq bağlıdır və yalnız qarşılıqlı izləyicilər, yaxud istifadəçinin özü seçdiyi şəxslər yer məlumatını görə bilər. Lakin bir çox istifadəçi Instagram-ın məxfilik sahəsində etibarsız tarixçəsinə görə funksiyadan istifadə etmək istəmir.
Ekspertlər bildirirlər ki, bu cür alətlər sosial təzyiq, qısqanclıq və təhlükəsizlik riskləri yaradır. Uşaqlar və gənclərlə bağlı aparılan araşdırmalar da yer paylaşımının mənfi psixoloji təsirlərini göstərib.
Mütəxəssislər istifadəçilərə təhlükəsizlik baxımından funksiyanı aktiv etməməyi tövsiyə edirlər.