Sima Rəqəmsal Həllər Platformasının məhsulları “Yelo Bank”ın 3 müxtəlif xidmətinəinteqrasiya edilib. Bunlar məsafədən bank hesabının açılması, onlayn investisiya və rəqəmsal kart sifarişi xidmətləridir.
“Tehsil365” xəbər verir ki, indi fərdi sahibkarlar SİMA-nın “KYC Videozəng” həlli vasitəsilə “Yelo Business” tətbiqində məsafədən bank hesabı aça bilərlər. Xidmət tamamilə ödənişsizdir və 5 dəqiqədən az vaxt tələb edir. Yeni istifadəçilər üçün tətbiqdə sənədlərin “SİMA İmza” ilə imzalanması və “SİMA KYC Videozəng” vasitəsilə identifikasiya edilməsi kifayətdir.
Bankın cari müştəriləri isə xidmətdən videozəng çağrısı olmadan, sadəcə “SİMA İmza” vasitəsilə yararlana bilərlər.
“Yelo Bank”da SİMA rəqəmsal imza ilə həyata keçirilən daha bir xidmət isə yeni rəqəmsal kartın əldə edilməsidir. Artıq Bankın tətbiqində “Yelo” rəqəmsal kartını “SİMA İmza” ilə anında aktivləşdirərək, filiala getmədən dərhal istifadə etmək mümkündür.