Musiqi sahəsində süni intellektin tətbiqi son illər geniş müzakirə olunan mövzulardandır. Sorğu iştirakçılarının fikirlərinə görə, süni intellekt bəstələmə prosesində müəyyən nümunələr təqdim etsə də, hələlik bu kifayət qədər yetərli sayılmır.
“Tehsil365” xəbər verir ki, sorğu iştirakçılarının fikirlərinə əsasən süni intellekt bəstəkarlıqda yalnız yarı-yarıya iş görə bilir. Çünki musiqi təkcə bilik və texniki bacarıqlardan ibarət deyil, burada hisslər və emosiyalar da mühüm rol oynayır. Məhz bu cəhətdən süni intellekt bəstəkarlarla rəqabətdə geri qalır.
Nəticədə hər bir halda musiqidə insan əməyi və duyğusu daha dəyərlidir və gələcəkdə belə süni intellektin tam olaraq bəstəkarların yerini tutması inandırıcı görünmür.