Peşə təhsili müəssisələrinə tələbə qəbulunun birinci mərhələsinin nəticələri elan olunub. Nəticələrə əsasən, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə ümumilikdə 735 nəfər abituriyent qəbul olunaraq tələbə adını qazanıb.
“Tehsil365” xəbər verir ki, mərkəz rəhbərliyi və kollektivi tələbə adını qazanan gəncləri ürəkdən təbrik edir, onların gələcək peşə fəaliyyətində uğurlar arzulayır.
Qəbul planının statistik göstəricilərinə əsasən, müxtəlif ixtisaslar üzrə yüksək maraq müşahidə olunub. Bu, gənclərin peşə təhsilinə olan artan diqqətini və marağını bir daha təsdiqləyir.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi gələcəkdə də gənclərin bilik və bacarıqlarının inkişafına, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına xidmət etməyi əsas hədəf kimi qarşıya qoyur.