Dünyada süni intellekt və avtomatlaşdırma texnologiyalarının sürətlə inkişafı nəticəsində yeni peşələr yaranır. Artıq bir çox ölkələrdə universitetlər tələbələr üçün “AI mühəndisliyi”, “Data analitikası” və “Robot texnologiyaları” kimi ixtisasları təqdim edir.
“Tehsil365” xəbər verir ki, Harvard Universitetində aparılan araşdırmaya görə, 2030-cu ilə qədər süni intellekt sahəsində iş yerlərinin sayı iki dəfə artacaq. Bu isə abituriyentlər üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur.
Mütəxəssislər bildirirlər ki, bu sahəyə marağı olan gənclər həm yüksək əməkhaqqı, həm də beynəlxalq miqyasda iş imkanları qazanacaqlar.