Son illərdə minlərlə gənc xaricdə təhsil almaq üçün müraciət edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, xaricdə oxumaq istəyən abituriyentlər yalnız prestijə görə seçim etməməlidir. Əsas məsələ, həmin ixtisasın ölkələrarası əmək bazarında tanınıb-tanınmamasıdır.
“Tehsil365” xəbər verir ki, Dünya Bankının hesabatına əsasən, texnologiya və səhiyyə sahəsində xaricdə alınan diplomlar daha sürətli iş imkanları yaradır. Əksinə, bəzi lokal ixtisaslar başqa ölkələrdə tanınmadığı üçün gənclər iş tapmaqda çətinlik çəkirlər.
Bu səbəbdən mütəxəssislər tövsiyə edir ki, xaricdə təhsil planlaşdıran gənclər əvvəlcə beynəlxalq akkreditasiyalı ixtisaslara üstünlük versinlər.