Təhsil 365 - Logo Mobile

Xarici dilləri öyrənmək üçün “kölgələmə metodu” trend olur

32717.08.2025 - 18:10
Xarici dilləri öyrənmək üçün “kölgələmə metodu” trend olur

Son illərdə tələbələr arasında xarici dilləri öyrənməyin yeni və effektli üsulu olan “shadowing” metodu sürətlə populyarlaşır. Bu üsulda film izləyən və ya podkast dinləyən şəxs eşitdiyi sözləri dərhal təkrar edir. Məqsəd yalnız dinlədiklərini anlamaq deyil, həm də düzgün tələffüz və təbii danışıq sürətini qazanmaqdır.

“Tehsil365” xəbər verir ki, bu metod tələbələrə qulaq eşitmə bacarığını, söz ehtiyatını və danışıq sürətini paralel şəkildə inkişaf etdirməyə imkan yaradır. Araşdırmalar göstərir ki, gündə 15-20 dəqiqəlik kölgələmə məşqi klassik dil öyrənmə üsullarına nisbətən daha qısa zamanda nəticə verir və öyrənənlərin ünsiyyətdə özünü daha rahat ifadə etməsinə kömək edir.

Mütəxəssislər əlavə edirlər ki, “kölgələmə metodu” xüsusilə ingilis, alman və fransız dillərinin sürətli öyrənilməsi üçün effektivdir. Bir çox universitet, dil kursları və onlayn platformalar artıq bu metodu tədris prosesinə daxil edir.

Zülfiyyə Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...