Təhsil 365 - Logo Mobile

Qısa meditasiya fasilələri öyrənmə qabiliyyətini artırır

15017.08.2025 - 18:17
Qısa meditasiya fasilələri öyrənmə qabiliyyətini artırır

Tədqiqatlar göstərir ki, imtahan hazırlığı zamanı uzun müddət fasiləsiz oxumaq beynin yorulmasına və məlumatların yaddaşa daha çətin həkk olunmasına səbəb olur. Kiçik fasilələr isə diqqəti və öyrənmə effektivliyini artırır.

“Tehsil365” xəbər verir ki, hər 45 dəqiqədən sonra 5 dəqiqəlik qısa meditasiya və nəfəs məşqləri edən tələbələr digər tələbələrə nisbətən daha yüksək nəticələr göstərirlər. Bu üsul beynin dincəlməsinə, stressin azalmasına və öyrənilən məlumatın yadda qalmasına kömək edir.

Ekspertlər tövsiyə edirlər ki, tələbələr dərs zamanı qısa meditasiya fasilələrini rutin hala gətirsin, həm zehni, həm də emosional balansı qorumaq üçün bu praktikadan istifadə etsinlər.

Zülfiyyə Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...