Araşdırmalar göstərir ki, tələbələr yaradıcı yazı məşqləri etdikcə problem həll etmə və analitik bacarıqlarını da inkişaf etdirir. Esse və hekayə yazmaq beyində yeni bağlantılar yaradır.
“Tehsil365” xəbər verir ki, ABŞ-da aparılan tədqiqatlarda yaradıcı yazı ilə məşğul olan tələbələrin məntiqi düşünmə və təhlil qabiliyyətlərinin daha güclü olduğu müşahidə edilib.
Mütəxəssislər tövsiyə edir ki, tələbələr yalnız dərslik materialına fokuslanmasın, eyni zamanda yaradıcı yazı ilə məşğul olaraq düşüncə çevikliyini artırsınlar.