Təhsil 365 - Logo Mobile

Bakı Dövlət Peşə Təhsil Mərkəzində müsabiqədən uğurla keçən tələbənin 63 faizini qadınlar təşkil edir

7118.08.2025 - 04:47
Bakı Dövlət Peşə Təhsil Mərkəzində müsabiqədən uğurla keçən tələbənin 63 faizini qadınlar təşkil edir

2025-2026-cı tədris ili üzrə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun I mərhələsi yekunlaşıb.

“Tehsil 365” xəbər verir ki, Təhsil Mərkəzində 2025-2026-cı tədris ili üzrə tələbə qəbulunun birinci mərhələsi çərçivəsində 21 ixtisas üzrə 1220 plan yerinə 9665 nəfər müraciət etmişdir. Müsabiqə nəticəsində 989 nəfər uğurla tələbə adını qazanmışdır.

Qeyd edək ki, 21 ixtisas üzrə müsabiqədən uğurla keçən 989 nəfər tələbənin 63 faizini qadınlar təşkil edir.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...