Təhsil 365 - Logo Mobile

Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin 7 sakini peşə təhsil mərkəzinə qəbul olub

7218.08.2025 - 05:04
 Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin 7 sakini peşə təhsil mərkəzinə qəbul olub

"Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin 7 sakini peşə təhsil mərkəzinə qəbul olub.

“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Qəbul olunan tələbələr arasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən uşaqlarda var.

Müsabiqədən uğurla keçmiş uşaqlar bu ildən ehtibarən yüksək peşə təhsili istiqamətində müxtəlif Peşə Təhsil Mərkəzlərində, Veb dizayn və proqram təminatı, əməliyyatçı mühasib, Mühasibat uçotu, Aşpaz və digər ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...