Təhsil 365 - Logo Mobile

“Google Messages” messencerində yenilik olub.

8118.08.2025 - 08:59
“Google Messages” messencerində yenilik olub.

Belə ki, sosial şəbəkə istifadəçiləri messencerlə digər istifadəçilərə göndərilmiş mesajları təkcə öz cihazlarından deyil, həm də bütün mesaj alanların cihazlarından silməyə imkan verən yeniləmə əldə ediblər. 


“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, RCS (Rich Communication Services) texnologiyasına əsaslanan bu funksiya bu həftə geniş şəkildə istifadəyə verilib. 

Qeyd edək ki, əvvəllər istifadəçilər yalnız öz proqrmlarından mesajları silə bilərdilər. Burada mesencer "yalnız mənim üçün sil” bildirişi xatırladırdı. İndi, RCS vasitəsilə əlaqə qurarkən, mesajınızı işarələmək və onu “Hər kəs üçün sil”i seçmək kifayətdir ki, o ləğv olunsun. Qeyd etmək vacibdir ki, yeni funksiya yalnız ənənəvi SMS ilə müqayisədə qabaqcıl mesajlaşma imkanlarını təmin edən RCS texnologiyasından istifadə edən söhbətlər üçün əlçatandır.

Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...