Təhsil 365 - Logo Mobile

Peşə təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb

10918.08.2025 - 14:25
Peşə təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun birinci mərhələsinin nəticələri məlum olub.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə keçirilən qəbul prosesində 735 nəfər müraciətçi tələbə adını qazanıb.

Qəbul nəticələrinə əsasən, mərkəzdə müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı əldə edən gənclər üçün yeni tədris ilində müasir şəraitdə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradılacaq.

Tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərə də xüsusi önəm veriləcək.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...