Gecə telefondan uzun müddət istifadə edən şagirdlərdə yuxu problemləri yaranır. Bu, həm dərs prosesinə, həm də sağlamlığa mənfi təsir göstərir.
“Tehsil365” xəbər verir ki, ekran işığı melatonin hormonunun azalmasına səbəb olur. Melatonin yuxu ritminin əsas tənzimləyicisidir.
Psixoloqlar valideynlərə məsləhət görür ki, uşaqlar yatmazdan əvvəl ən azı 1 saat telefondan uzaq dursunlar.