Psixoloqlar hesab edir ki, gündəlik ən azı 20 dəqiqə kitab oxuyan tələbələr daha az stress yaşayırlar. Oxumaq beyində sakitləşdirici təsir göstərir.
“Tehsil365” xəbər verir ki, bədii ədəbiyyat oxuyan şagirdlərin təxəyyülü genişlənir və empatiya bacarıqları artır. Bu isə dərsdə mübahisələri daha sakit həll etməyə kömək edir.
Mütəxəssislər elektron cihazlarda deyil, kağız kitab oxumağın daha effektiv olduğunu vurğulayırlar.