Təhsil sahəsində aparılan yeni araşdırmalar göstərir ki, müəllimlərin yaradıcılıq bacarıqları şagirdlərin dərslərə marağını artırır. Müəllimlər sinifdə müxtəlif üsullarla mövzuları təqdim etdikdə, uşaqlar daha sürətli qavrayır və mövzunu yadda saxlayırlar.
"Tehsil365" xəbər verir ki, yaradıcı dərs metodları, o cümlədən oyunlaşdırma, interaktiv təqdimatlar və qrup müzakirələri şagirdlərdə həm motivasiyanı, həm də biliklərin davamlılığını gücləndirir. Bu, xüsusilə ibtidai siniflərdə nəticə verir.
Ekspertlər qeyd edir ki, müəllimlərin öz peşəkar inkişafına yatırım etməsi vacibdir. Müxtəlif kurslar, seminarlar və təcrübə mübadiləsi proqramları bu istiqamətdə önəmli rol oynayır.