Universitet tələbələri arasında aparılan sorğu nəticəsində məlum olub ki, dərs və şəxsi həyat arasında balans yarada bilənlər daha uğurlu nəticələr əldə edirlər. Zaman idarəsi imtahan nəticələrinə də birbaşa təsir edir.
"Tehsil365" xəbər verir ki, tələbələr vaxtlarını düzgün planlaşdıranda həm təhsil, həm də sosial fəaliyyətlərdə aktiv qalırlar. Əks halda isə həddindən artıq yorğunluq və motivasiya itkisi baş verir.
Mütəxəssislər tələbələrə gündəlik planlaşdırma aparmağı, prioritetləri düzgün müəyyənləşdirməyi və texnologiyadan faydalı şəkildə istifadə etməyi tövsiyə edirlər.