Son illərdə aparılan tədqiqatlar göstərib ki, yuxu rejiminin pozulması şagird və tələbələrin akademik nailiyyətlərinə ciddi mənfi təsir göstərir.
"Tehsil365" xəbər verir ki, yuxusuzluq diqqətin dağılmasına, qavrayışın zəifləməsinə və yaddaşın zəifləməsinə səbəb olur. Hətta yüksək hazırlıqlı tələbələr belə kifayət qədər yatmadıqda imtahanlarda uğursuz ola bilirlər.
Ekspertlər ən azı 7-8 saat yuxunun zəruri olduğunu bildirirlər və xüsusən də gecə saatlarında yatmağın önəmini vurğulayırlar.