Universitet gəncləri arasında aparılan sorğu nəticəsində məlum olub ki, könüllülük fəaliyyəti işə qəbulda mühüm üstünlük yaradır. Könüllü təcrübəsi olan tələbələr iş dünyasında daha çox şans qazanırlar.
"Tehsil365" xəbər verir ki, könüllülük yalnız sosial fayda vermir, həm də tələbələrin ünsiyyət, komanda işi və liderlik bacarıqlarını inkişaf etdirir.
Mütəxəssislər gənclərə təhsil müddətində könüllülük proqramlarında iştirak etməyi tövsiyə edirlər. Bu, həm şəxsi inkişaf, həm də CV üçün güclü dəstəkdir.