Həkimlərin sözlərinə görə, səhər idmanla məşğul olmaq orqanizmi gücləndirir, ürək-damar sistemini qoruyur və zehni fəaliyyəti artırır.
“Tehsil365” xəbər verir ki, səhər saatlarında 20-30 dəqiqəlik yüngül qaçış və ya gərmə hərəkətləri gün ərzində məhsuldarlığı artırır. Bu, xüsusilə imtahan hazırlığı dövründə tələbələrə kömək edə bilər.
Mütəxəssislər gənclərə gecə yatmazdan əvvəl ağır yemək yeməmək, səhərlər isə idmanı vərdiş halına gətirmək tövsiyə edir.