Telefon və kompüterdən uzun müddət istifadə göz sağlamlığına mənfi təsir edir. Xüsusilə uşaqlar və gənclər üçün vaxt məhdudiyyəti qoymaq tövsiyə olunur.
“Tehsil365” xəbər verir ki, oftalmoloqlar hər 40 dəqiqədən bir fasilə verib gözləri dincəltməyi məsləhət görürlər. Əks halda göz quruluğu və görmə zəifliyi yarana bilər.
Ekspertlər valideynlərə övladlarının texnologiya istifadəsini izləməyi və balans yaratmağı tövsiyə edir.