Müasir gənclər boş vaxtlarını səmərəli keçirməyin yollarını axtarırlar. İctimai nəqliyyatda gedərkən kitab və ya məqalə oxumaq faydalı vərdişdir.
“Tehsil365” xəbər verir ki, bu vərdiş tələbələrə gün ərzində əlavə 30 dəqiqəlik öyrənmə imkanı yaradır. Araşdırmalara görə, bu zaman öyrənilən məlumat yaddaşda daha uzun qalır.
Mütəxəssislər gənclərə telefonla vaxt itirmək əvəzinə oxumağı seçməyi məsləhət görürlər.