Təhsil 365 - Logo Mobile

“YouTube” istifadəçiləri platforma ilə bağlı yaranan problemlərdən şikayət edirlər

8119.08.2025 - 10:14
“YouTube” istifadəçiləri platforma ilə bağlı yaranan problemlərdən şikayət edirlər

“YouTube” istifadəçiləri platforma ilə bağlı yaranan problemlərdən şikayət edirlər.

“Tehsil365” xəbər verir ki, bunu Downdetector analitik portalının məlumatları da sübut edir.

Məlumatda deyilir: “Bizim hesablamalara görə, təkcə bu gün 100 minə qədər insan xidmətdə nasazlıq hiss edib".

Bildirilir ki, nasazlıqlar təxminən axşamüstü başlayıb. Ən çox şikayət Almaniyadan gəlib – demək olar ki, 19,5 min nəfər. Platformada nasazlıqlar Böyük Britaniya, İtaliya və Fransada da qeydə alınıb.

Portalın məlumatına görə, istifadəçilərin 87%-i video ilə bağlı problemlərdən, digər 8%-i isə serverə qoşulmaqdan şikayət edir. İstifadəçilərin 3%-i proqramın sadəcə işləmədiyini deyib.

Ayşən Rəfizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...