Qarabağ Universiteti kadr potensialını gücləndirmək məqsədilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edib.
Bu vəzifəyə müraciət etmək istəyən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adını — “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” qeyd etməli və sənədlərini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Qarabağ Universitetindən “Tehsil365”ə məlumat verilib ki, işə qəbul prosesində təcrübə, peşəkarlıq və sahə üzrə biliklər əsas meyarlar kimi nəzərə alınacaq. Yeni vəzifəyə qəbul ediləcək şəxs universitetin ictimaiyyətlə əlaqələrinin təşkili, media ilə əməkdaşlıq, kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Müraciətlərin qəbulu üçün son tarix 29 avqust 2025-ci il olaraq müəyyən edilib.