Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec Kadr şöbəsi müdiri vəzifəsi üzrə işçi axtarır.
Gəncə Dövlət Universiteti nəzdində regional kollecdən “Tehsil365”ə məlumat verilib ki, namizədlərdən ali təhsil (insan resursları, idarəetmə, hüquq, psixologiya, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə), insan resursları və ya kadr işində 3–5 il iş təcrübəsi, əmək qanunvericiliyi və kadr sənədləşməsi qaydaları üzrə biliklər, həmçinin dövlət portalları (e-gov, ƏMAS, DSMF və s.) ilə işləmə bacarığı tələb olunur. İdarəetmə təcrübəsi, analitik düşüncə, səlis ünsiyyət bacarığı və komanda ilə işləmə vərdişi namizədlərə üstünlük qazandıracaq.
Müraciət üçün CV-lər 31 avqust 2025-ci il tarixinədək [email protected] ünvanına göndərilməlidir.